Xəbər lenti

Ekspertdən şok məsləhət: Arvadı necə döyməmək olar? - VİDEO
Dünya18:44 05.01.2017

Ekspertdən şok məsləhət: Arvadı necə döyməmək olar? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında ailə terapevti kimi məşhur olan Xaled əl Səqabi ərin arvadını döyməsi ilə bağlı məsləhətlərini verib.
Onun sözlərinə görə, müsəlman ərin arvadını qəddarlıqla, vəhşicəsinə, amansızlıqla döyməsi yolverilməzdir.
"Ər arvadını ən uzağı cib dəsmalı, ya da diş təmizləyən çöplə vura bilər. Arvadı şillələmək, yumruqlamaq yolverilməzdir. Mömin ər arvadının səhvini düzəltmək, yanlışını aradan qaldırmaq üçün üç mərhələdən ibarət prosesi gerçəkləşdirməlidir. Ər arvadla əvvəlcə danışmalı, ona səhvini başa salmalıdır. Sonra düşünmək və islah olunmaq üçün vaxt verməlidir. Qadın yenə inad edib səhvini təkrarlarsa, onda ər onu döyə bilər", - əl Səqabi deyib.
Xaled əl Səqabinin dediyinə görə, qadınla kişi arasında bərabərlik "Qərbin uydurması"dır və "normal cəmiyyət, normal ailə üçün problemdir".
Əl Səqabinin çıxışı bu ilin əvvəlində çəkilsə də, MEMRİ (The Middle East Media Research Institute) onu indi yayıb.(Milli.Az)
Qaynarinfo.Az