Xəbər lenti

Ekspertlər xəbərdarlıq edir: Növbəti pandemiya COVID-19-dan daha pis ola bilər
Sağlamlıq 17:52 21.10.2023

Ekspertlər xəbərdarlıq edir: Növbəti pandemiya COVID-19-dan daha pis ola bilər

Ümumdünya Səhiyyə Sammitində (WHS) çıxış edən ekspertlər bildirib ki, dünya COVID-19 kimi yeni pandemiyadan qorunmayıb. Yeni qlobal epidemiyanın qarşısını almaq üçün ölkələr arasında əməkdaşlıq və heyvanların mühafizəsinin gücləndirilməsi də daxil olmaqla elmi tədqiqatlara əsaslanan vahid yanaşma lazımdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə beynəlxalq heyvanları mühafizə təşkilatı - "FOUR PAWS International" məlumat yayıb.

Berlində keçirilən WHS illik toplantısında təşkilatın prezidenti Aksel Pris vurğulayıb ki, dünyanın yeni pandemiyaya hazırlığı aşağı səviyyədədir və yeni pandemiya COVID-19-dan daha pis ola bilər.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər tərəfindən müzakirə olunan pandemiyanın qarşısının alınması, hazırlıq və cavab tədbirləri haqqında saziş ətrafında da müzakirə aparılıb. ÜST-nin baş hüquqşünası Stiven Solon hesab edir ki, razılaşma 2024-cü ilin may ayına qədər tamamlana bilər.

Görüşdə pandemiyanın qarşısının alınmasının görünməmiş miqyasda qlobal əməkdaşlığın tələb olunacağı qənaətinə gəlinib. Heyvanların və ətraf mühitin mühafizəsi də daxil olmaqla, elmi əsaslı tədbirlər patogenlərin heyvanlardan insanlara ötürülməsinin qarşısını almaq üçün lazımdır.

"Heyvanlarla rəftarımızdakı paradiqma dəyişikliyi ictimai sağlamlığa yeni qlobal yanaşmanın mərkəzində olmalıdır", deyə "FOUR PAWS International"ın Pandemiya şöbəsinin rəhbəri Nina Camal bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->