Əvvəllər əsas təhlükələrdən biri hesab edilən iqtisadi amilin getdikcə arxa plana keçməsi ilə yanaşı, ekspertlər və siyasətçilər yaxın illərin əsas qlobal riskləri sırasında texnologiyanın inkişafını, eləcə də dünyada dezinformasiyanın yayılmasını qeyd edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Wall Street Journal" qəzeti Dünya İqtisadi Forumunun (WEF) ekspertlər və siyasətçilər arasında keçirdiyi illik sorğuya istinadən məlumat yayıb.
Dünya İqtisadi Forumunun siyasətçilər, sənaye liderləri və risk ekspertləri arasında keçirilən illik sorğuya əsasən, risklərin getdikcə daha çox olduğu dünyada aparıcı qısamüddətli narahatlıqlar texnologiya ilə bağlı təhlükələrə və dezinformasiyanın yayılması kimi əlaqəli məsələlərə doğru dəyişir.
Nəşr qeyd edir ki, bu qlobal risklərdən əlavə, siyasi liderlər və ekspertlər iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası ilə bağlı amilləri də vurğulayıblar.
Eyni zamanda, silahlı münaqişələrin eskalasiyası riskləri də əhəmiyyətli dərəcədə artır. Nəşr vurğulayır ki, tədqiqat inflyasiya və tənəzzül kimi birbaşa iqtisadi təhlükələrlə bağlı narahatlıqları azaltmaqla diqqət çəkir.
Sorğu WEF tərəfindən sentyabr və oktyabrın əvvəllərində keçirilib və İsrail-Fələstin münaqişəsinin gərginləşməsindən əvvəl tamamlanıb. Burada 1400-dən çox ekspert və siyasi lider iştirak edib.
Aydın