Xəbər lenti

Ekvadorda zəlzələ qurbanlarının sayı 646 nəfərə çatdı
Dünya18:01 23.04.2016

Ekvadorda zəlzələ qurbanlarının sayı 646 nəfərə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 646  nəfərə çatıb.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Prokurorluğunun məlumatında bildirilir. Bundan əvvəl təbii fəlakət nəticəsində 602 nəfərin öldüyü bildirilirdi.
130 nəfər itkin düşmüş hesab edilir, 12,5 min nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Xatırladaq ki, 7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində yerləşib.   
Qaynarinfo.az