Xəbər lenti

Əl-Cəzirə telekanalı 500 işçini ixtisara saldı
Dünya16:31 27.03.2016

Əl-Cəzirə telekanalı 500 işçini ixtisara saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətərin Əl-Cəzirə telekanalı dünya üzrə 500-ə yaxın əməkdaşını ixtisar edib.
Bu barədə telekanalın İdarə Heyətinin sədri Mustafa Sevvak məlumat verib.
Onun sözlərinə görə, ixtisarların aparılmasında məqsəd sürətlə inkişaf edən dünya mediası ilə ayaqlaşmaq, texnoloji yeniliklərdən daha geniş istifadə etməkdir.
İxtisarların 60 faizi ölkə daxilinə şamil olunacaq.
Kütləvi ixtisarlar barədə qərar “Əl-Cəzirə Amerika”nın fəaliyyətini dayandırmasından sonra çıxarılıb. (axar.az)
Qaynar.info