Müharibə edən tərəflər Qəzza zolağının cənubunda atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə"
telekanalı məlumat yayıb. Xəbərə görə, atəşkəs əcnəbilərin təxliyəsi və humanitar yardımın Rafah keçid məntəqəsi vasitəsilə anklav ərazisinə daxil olması üçün beş saat fəaliyyət göstərəcək.
Rejimin yerli vaxtla saat 9:00-da qüvvəyə mindiyi dəqiqləşdirilir. Eyni məlumatı NBC News Fələstin səfirliyinə istinadən yayıb. "The Wall Street Journal” xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken daha əvvəl Rəfah keçid məntəqəsinin açıldığını elan edib.
Eyni zamanda, Reuters telekanalı qeyd edir ki, HƏMAS media xidməti atəşkəs və humanitar dəhlizin açılması barədə məlumatın olmadığını bəyan edib.
"The Jerusalem Post" isə
yazır ki, İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən məlumata görə bu xəbər yalandır:
"Hazırda Qəzza zolağında əcnəbi vətəndaşların təxliyə imkanının təmin edilməsi müqabilində heç bir atəşkəs və ya humanitar atəşkəs yoxdur”, - mesajda qeyd olunub.
Alpər