İraqın Əl-Fəlluca şəhərinin azad olunması uğrunda döyüşlər zamanı 1800 İŞİD terrorçusu məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Doyçe Velle" radiosu yayıb.
Qeyd edək ki, bir müddət öncə İŞİD Bağdadın 50 kilometrliyində yerləşən Əl-Fəlluca şəhərindən tamamilə çıxarılıb. Şəhər üzərində nəzarətin bərpa olunması üzrə əməliyyat Amerika aviasiyasının dəstəyi ilə mayın sonlarında başlayıb.
İŞİD Əl-Fəllucanı 2014-cü ilin yanvarında işğal edib.
Qaynarinfo.az