Xəbər lenti

"El Nino" gəlir - Bu il rekord temperatur gözlənilir
Dünya10:05 21.04.2023

"El Nino" gəlir - Bu il rekord temperatur gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mütəxəssislər "El Nino" adı verilən atmosfer hadisələrinin geri qayıtması ilə 2023 və 2024-cü illərdə rekord temperaturun müşahidə oluna biləcəyini deyirlər. 
Qaynarinfo bu barədə "Amerikanın Səsi"nə istinadən xəbər verir.
Elmi qiymətləndirmə və proqnozlara görə, Sakit Okeanda temperaturun ümumi azalmasına səbəb olan "La Nina" atmosfer hadisələrindən sonra dünya indi temperaturu yenidən artıracaq "El Nino" ilə qarşılaşacaq. Mütəxəssislər "El Nino"nun təsirlərinin bu ilin sonlarına doğru hiss olunmağa başlayacağını bildirirlər.
"El Nino" adlanan atmosfer hadisələri zamanı ekvator xətti boyunca əsən küləklər yüngülləşərək, okeanlarda suyun temperaturunun artmasına səbəb olur.
"El Nino"nun ümumi təsiri rekord yüksək temperatur dövrünə işarə edir. Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo hələ dəqiq məlumat olmasa da, rekord temperaturun gözlənilə biləcəyini vurğulayır.
Buontempo payızda görünməyə başlayacaq "El Nino" təsirlərinin ilin sonuna doğru daha çox hiss oluna biləcəyini ifadə edib.
Meteoroloji ölçmələr başlayandan indiyə qədər qeydə alınan ən yüksək temperatur 2016-cı ildə olub. Qlobal istiləşmənin təsirlərinin "El Nino" ilə birləşməsi bütün dünyada rekord temperaturların qeydə alınmasına səbəb olub.
Qlobal istiləşmə ilə əlaqədar olaraq, son 8 ildə bütün dünyada rekord səviyyədə temperatur artımı qeydə alınıb.
Londonda yerləşən Imperial College Grantham İnstitutundan Friederike Otto da "El Nino"nun qlobal istiləşmə təsirləri ilə rekord temperatur artımına səbəb ola biləcəyinə diqqət çəkir.
"Əgər "El Nino" hadisələri "El Nino" atmosferində baş verərsə, bu, 2016-cı ildən daha isti günlər görəcəyimiz deməkdir", deyə Otto bildirib.
"AB Copernicus"un hesabatına görə, son 5 il artıq ən isti 5 il kimi qeydə alınıb. Avropa qitəsində rekord isti hava 2022-ci ilin yay aylarında yaşanıb. "AB Copernicus" dünyadakı orta temperaturun qalıq yanacaqların istifadə olunmağa başladığı sənaye inqilabından əvvəlki dövrlə müqayisədə orta hesabla 1,2 dərəcə artdığını bildirir.
Aydın