NATO tarixində ilk dəfə bir qadın ittifaqın baş katibi ola bilər.
Qaynarinfo xəbər verir ki, İspaniyanın "El Pais” qəzetinin yazdığına görə, norveçli Yens Stoltenberqin yerinə İngiltərənin keçmiş baş naziri Tereza Mey, AB diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini, Almaniyanın müdafiə naziri Annegret Kramp-Karrenbauer gələ bilər. Bundan başqa, Litvanın keçmiş Prezidenti Dalya Qribauskayte, Estoniya Prezidenti Kersti Kaljulaid və Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç bu vəzifəni daşıya bilərlər.
Yeni baş katibin təyinatı 2022-ci ildə baş tutacaq. İttifaq rəhbərinin seçimi 2022-ci ilin yazında Madrid zirvəsi zamanı keçiriləcək.
Stoltenberq 1 oktyabr 2014-cü ildən NATO-nun baş katibidir.
Alpər