
Musavat.com xəbər verir ki, 11 sentyabr teraktının ildönümündən cəmi bir gün sonra Zəvahiri bildirib ki, “bir və ya bir neçə qardaşımızın” hərəkəti təhlükəsizliyə yönəlik böyük məsrəflərə səbəb olmaqla Amerika iqtisadiyyatını zəiflədə bilər.
“Biz ABŞ-ı təhlükəsizlik məsələsinə nəhəng vəsaitlər xərcləməklə iqtisadi cəhətdən müflis eləməliyik. Çünki Amerikanın ən zəif yeri iqtisadiyyatdır, hansı ki, müdafiəyə və təhlükəsizliyə ayrılan vəsaitlər hesabına laxlamağa başlayıb”, - deyə “əl Qaidə” lideri bildirib.
Qaynar.info