Xəbər lenti

“Əl-Qaidə” liderlərindən birinin öldürülməsi xəbəri yayılıb
Dünya11:30 15.06.2015

“Əl-Qaidə” liderlərindən birinin öldürülməsi xəbəri yayılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikanın Liviya ərazisinə endirdiyi hava zərbəsi nəticəsində “əl-Qaidə”-nin tanınmış yaraqlısı Mokhtar Belmokhtar öldürülüb. 
Bunu Liviya hökuməti açıqlamasında bildirib. Məlumata görə, əməliyyat ölkənin şərqində yerləşən Ajdabiya şəhərində baş tutub. Rəsmi Pentaqon zərbənin hədəfinin Belmokhtar olduğunu təsdiqləsə də, onun öldürüldüyü haqqında heç bir məlumat verməyib. "Əməliyyatın nəticələri qiymətləndirilir və buna müvafiq olaraq daha ətraflı məlumat veriləcək", Pentaqon sözçüsü Steve Warren deyib. Associated Press-in anonim mənbəyi hava hücumunda iki F-15 qırıcı təyyarəsinin iştirak etdiyini və bir neçə 225 kiloqramlıq bombanın atıldığını deyib. Əlcəzairli Mokhtar Belmokhtar 2013-cü ildə 38 əsirin ölümü ilə nəticələnən Əlcəzairdə yerləşən qaz yatağına hücumun təşkilatçısı idi. Əsasən qərb ölkələrindən olan öldürülmüş 38 nəfərin 3-ü amerikalı olub.
Belmokhtarın öldürülməsi ilə bağı xəbərlər daha öncə də yayılsa da, öz təsdiqini tapmamışdı.
Mokhtar Belmokhtar kimdir? 
Bir gözünü çox vaxt sarğı ilə bağladığına görə, “Təkgöz”, cihadı siqaret qaçaqmalçılığından qazandığı pullarla maliyyələşdirdiyinə görə, “Mister Malboro” ləqəbləri ilə tanınırdı. Əfqanıstanda Sovet qüvvələrinə qarşı döyüşüb. Əl-Qaidənin Məğribdəki şöbəsinin əsas adamlarından biri olub. Rəhbərliyin digər üzvləri ilə mübahisədən sonra buradan gedib.
Bundan sonra Malinin dövlət və beynəlxalq qüvvələrinə hücum edən “Əl-Murabitun” silahlı qruplaşmasına rəhbərlik edib. (BBC azeri)
Qaynar.info