
Əl Qaidə terror təşkilatının İraq qanadı uzun müddətdir danışılan iddiaları təsdiq edərək, Suriyada Əsəd rejiminə qarşı vuruşan silahlı Əl Nusra cəbhəsinin onlara aid olduğunu deyib.
Qaynar.info-nun məlumatına görə, İraq İslam Dövləti adlı təşkilat beynəlxalq agentliklərə göndərdiyi açıqlamasında deyib: "Nusra Cəbhəsi bizim şöbələrimizdən biridir. Rəhbəri olan Əbu Məhəmməd əl Cevlani bizim əsgərlərimizdəndir. Onu və digər döyüşçüləri biz seçib Suriyaya yolladıq. Planları cızdıq, heyət və pul göndəririk".
Qeyd edək ki, ABŞ ötən ilin dekabrında Əl Nusra Cəbhəsini terrorçu təşkilatlar siyahısına salmışdı.
Qaynar.info