El Salvadorda Kovid-19 epidemiyası vaxtı artan cinayətlərin qarşısını almaq məqsədilə qruplaşma üzvlərinə ilə mübarizədə polisə öldürmə səlahiyyəti verilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə El Salvador prezidenti Nayib Bukele qərar verib. O, bildirib ki, polis və hərbi qüvvələr əvvəlcə öz həyatlarını, daha sonra yaxınları və dürüst vətəndaşların həyatını qorumağa üstünlük verməlidirlər.
"Bu səbəbdən də özünümüdafiə və vətəndaşların təhlükəsizliyi üçün öldürmə səlahiyyəti verilir", - deyə ölkə rəhbəri bildirib.
Xatırladaq ki, ötən həftə El Salvadorda cinayətkar dəstələr 1 gündə 22 cinayət törədiblər. Salvador hakimiyyəti bu cinayətlərin sifarişinin həbsxanadan veridiyini əsas gətirərək, müvafiq dəstə liderlərinin saxlandığı ölkənin paytaxtı San-Salvadorun şimal-qərbindəki Zakatekoluka həbsxanasında ciddi tədbirlərə əl atıb.
Qeyd edək ki, ölkə həbsxanalarında 12 mindən çox cinayətkar dəstə üzvü olan məhkum var.
Camal