Xəbər lenti

Əl transplantasiyası edilən uşaq artıq beyzbol oynayır (FOTOLAR)
Dünya13:56 19.07.2017

Əl transplantasiyası edilən uşaq artıq beyzbol oynayır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da 2 il əvvəl hər iki qoluna əl transplantasiyası həyata keçirilən uşaq artıq daha yaxşı yaza və beyzbol oynaya bilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Zion Harvey adlı 10 yaşlı uşağa qan zəhərlənməsi diaqnozu qoyulanda həkimlər onun həm əlləri, həm də ayaqlarını kəsmək məcburiyyətində qalıblar. Daha sonra isə 2 il müddətində böyrək çatışmazlığın əziyyət çəkən azyaşlı 4 yaşında anasının verdiyi böyrəklə yenidən həyata qayıdıb. 2015-ci ildə isə əl transplantasiyası keçirən 10 yaşlı Harvey artıq yazı yazmağı və beyzbol oynamağı bacarır. 10 cərrahın iştirakı ilə 40 saat davam edən əməliyyat uğurlu keçsə də, həkimlər bədənin bu əlləri qəbul etməyəcəyindən şübhə edirdi, lakin Zionun beyni bu bədənə aid olmayan hissəni özününküləşdirməyə, qəbul etməyə başlayıb. Dərman müalicəsinin uğurla davam etdiyini deyən həkimlər bu prosesi möcüzə adlandırırlar.

Qeyd edək ki, Zion bu əməliyyatı keçirən ən azyaşlı uşaq statusuna sahibdir.

Gülşən

Qaynarinfo.Az