
Türkiyədə elanla iş axtaran 8 qadını iş bəhanəsilə meşəyə aparıb təcavüz edən iki şübhəlidən 1-i ələ keçib.
Qaynar.info xəbər verir ki, iyulun 30-da Kocaeli şəhər polisinə gələn bir qadın qəzetə verdiyi iş elanından sonra görüşdüyü iki nəfər tərəfindən meşədə təcavüzə məruz qaldığını söyləyib.
Dərhal əməliyyat tədbirlərinə başlayan polis 8 qadına təcavüz edildiyini müəyyənləşdirib.
Şəhərdəki təhlükəsizlik kameraları vasitəsilə qadınları aldadaraq zorlayan iki nəfərin şəxsiyəti məlum edilib. Əməliyyata başlayan polis iki şübhəlidən birini, 5 uşaq atası olan M.K-nı həbs edib. Digər şübhəli R.D isə polis tərəfindən axtarılır.
Dindirilmə zamanı M.K hər şeyi etiraf edib. Onun sözlərinə görə, qəzetə elan verən qadınlarla görüşüb onları meşəyə apararaq təcavüz ediblər.
Qaynar.info