Xəbər lenti

Elçibəyin kürəkəni Sülhəddin Əkbərə belə cavab verdi (FOTOFAKT)
Siyasət 10:04 07.06.2020

Elçibəyin kürəkəni Sülhəddin Əkbərə belə cavab verdi (FOTOFAKT)

Məlum olduğu kimi, 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər 1993-cü ilin iyununda baş verən və Əbülfəz Elçibəyin hakimiyyətinə son qoyan hadisələrin bəzi təfərrüatlarını 27 ildən sonra açıqlayıb. S.Əkbər o zamankı proseslərlə və bir sıra ittihamlarla bağlı "Azadlıq radiosu"na geniş müsahibə verib. Məhz həmin qalmaqallı müsahibə ölkədə böyük ajiotaj yaradıb və o hadisələrin iştirakçılarından ard-arda açıqlamalar gəlməkdədir. 

Demokrat.az-ın xəbərinə görə, Sülhəddin Əkbərin ittihamlarının bir qisminə bu dəfə Elçibəyin kürəkəni Aqil Səmədbəyli fotofaktla cavab verib. O, AXC iqtidarı zamanı nəşr olunan bir qəzetdə MTN arxivlərinin açılması məsələsində S. Əkbərin tamamilə fərqli mövqedən çıxış etdiyi əksini tapıb. 

 

Xatırladaq ki, Sülhəddin Əkbər arxivlərin açılmaması məsələsinə bu cür münasibət bildirmişdi: 

"Həmin vaxt mən təzəcə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunmuşdum. İlk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Amma cəbhə hakimiyyəti arxivlərin açılmasına imkan vermədi. Hətta bu arxivlər Sülhəddin Əkbərin özü üçün də bağlı oldu. Bunu mən ilk dəfə açıqlayıram, həmin arxivlər İnqilab Komitəsi tərəfindən möhürlənmişdi və bu, qanunsuz idi. Arxivlər açılsaydı, biz bununla çox şey edə bilərdik. Amma siyasi rəhbərlik bizə imkan vermədi. Arxivlərin açılmasına Elçibəy hakimiyyəti imkan vermədi. Mən həmin dövrdə araşdırdım və bəlli oldu ki, fəaliyyətdə olan agentura başqa bir formada saxlanılır. Məhz bunun əsasında araşdırmalara başladım. Bəlli oldu ki, bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında "KQB" ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var. Onlar qanunverici və digər ən yüksək vəzifədə olan şəxslər idi.  Mən onlar haqqında məlumatlar topladım, öz əlimlə siyahı tərtib etdim və birbaşa prezidentə məruzə etdim. Bu, çox məxfi məsələ idi. Ancaq prezident mənə həmin dəqiqə cavab vermədi. Mən onu aylarla gözlədim. Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan idarə olunurdu və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->