Xəbər lenti

“Eldar Namazovun namizədliyi irəli sürülə bilər” - AÇIQLAMA
Siyasət07:55 11.04.2013

“Eldar Namazovun namizədliyi irəli sürülə bilər” - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Prezidentliyə namizədliyini vermək Eldar Namazovun öz seçimidir. Hesab edirəm ki, yaxın zamanlarda “El” hərəkatının namizədi kimi Eldar Namazovun namizədliyi irəli sürülə bilər”.

Bunu Qaynar.info-ya açıqlamasında “El” hərəkatı sədrinin siyasi məsələlər üzrə müavini Zəfər Quliyev deyib. Z.Quliyev bildirib ki, Azərbaycanda paralel olaraq Milli Şura ilə də bağlı danışıqlar gedir: “Güman edirəm ki, bu danışıqlar yaxın günlərdə intensivləşəcək. Danışıqlarda İctimai Palata, ReAl hərəkatı, “El” hərəkatı, Ziyalılar Forumu iştirak edir. Milli Şura ideyası reallaşsa, əsas namizəd məsələsi müəyyən edilə bilər. Milli Şuranın əsas prinsipindən biri də ondan ibarətdir ki, bir namizəd irəli sürülsün. İndi ki halda necə olacaq, hansı namizəd dəstəklənəcək demək tezdir. Proseslər o qədər dinamik, konkretdir ki, nəsə demək çətindir. Ola bilər, yaxın zamanlarda daha aydın mənzərə yaransın”.

“El” funksioneri Hacıbaba Əzimovun birliklə bağlı təşəbbüsünə də münasibət bildirib: “Heç kim başqasını məcburi birliyə çəkə bilməz. Yəni bu, təbii-siyasi proseslərdir. Hacıbaba müəllimin təşəbbüsünə hörmətlə yanaşıram. Lakin fikrimcə, daha uğurlu, perspektivli inteqrasiya modeli məhz Milli Şuradır. Güman edirəm ki, əsas müxalifət qüvvələri məhz bu ideyanın ətrafında birləşəcəklər. O ki qaldı başqa inteqrasiya modellərinə, deyə bilərəm ki, onların öz yeri, öz tərəfdarları var. Artıq biz plüralistik cəmiyyətdə yaşamağı öyrənməliyik. Düzdür, Azərbaycanda siyasi plüralizm yuxarıdan aşağı ötürülmür, lakin cəmiyyət özü plüralistik variantlara hörmətlə yanaşmalıdır. Hiss olunur ki, cəmiyyətdə Milli Şura ilə bağlı böyük gözləntilər var”.

İlkin
Qaynar.info