Xəbər lenti

Elektron reseptin tətbiqi problemləri həll edəcəkmi? - Ekspert
Sağlamlıq06:19 10.10.2023

Elektron reseptin tətbiqi problemləri həll edəcəkmi? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hesab edirəm ki, elekton resept problemin həlli deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla "Dərman vasitələri haqqında” qanunda elektron resept sisteminə keçidindən danışarkən deyib. 
Professor bildirib ki, ümumiyyətlə, elektron reseptə keçid əslində dərmanların dövriyyəsinə nəzarət üçündür:
"Dərman maddələrinin yazılması zamanı sui-istifadə hallarına yol vermək, dərmanları klinik protokollordan çox xəstələrə təyin eləmək və s. bunlara nəzarət üçündür. Dərman maddələrinin keyfiyyəti tamamiylə başqa məsələdir”. 
Adil Qeybulla qeyd edib ki, bununla bağlı konkret olaraq laboratoriyalar fəaliyyət göstərir:
"Onlar dərman maddələrinin qeydiyyatı prosesi ilə məşğuldurlar”. 
İqtisadçı ekspert Eyyub Kərimli isə hesab edir ki, bu qanun dərmanların dövriyyəsini nəzarətdə saxlayacaq, vergidən yayınma hallarını, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən dərmanların qarşısını alacaq:
"Bu dərmanların bahalaşmasının qarşısının alınmasına təsir göstərəcək. Səhiyyə xidməti daha da təkmilləşəcək. Ölkəyə gətirilən keyfiyyətsiz dərmanların qarşısı alınacaq. Hər bir xidmət sahəsinin elektronlaşması neqativ halların qarşısının alınmasına əhəmiyyətli təsir edir. Digər tərəfdən, həmin sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına təsirləri olacaq. Hesab edirəm ki, dərman maddələrinin elektronlaşması səhiyyə xidməti sahəsində böyük inqilabı nəticəyə yol açacaq. Həkimlərin işi daha da təkmilləşəcək. Həmçinin reseptləri nəzarət altında saxlayacaq".
Qeyd edək ki, Milli Məclisdə "Dərman vasitələri haqqında” qanuna müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. 
Bahar Rüstəmli