Xəbər lenti

Əli Əhmədov regionlara pul ayrılmasına qarşı çıxdı
Ölkə10:21 15.03.2013

Əli Əhmədov regionlara pul ayrılmasına qarşı çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Regionlar artıq dotasiya prinsipi ilə deyil, öz hesabına yaşamalıdır”

Milli Məclisdə mərkəzdən regionlara dövlət tərəfindən pul ayrılmasının dayandırılması təklif olunub. APA-nın məlumatına görə, bu təkliflə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov çıxış edib.

O qeyd edib ki, Azərbaycanda regionlar artıq dotasiya prinsipi ilə deyil, öz hesablarına yaşamalıdırlar. Onun sözlərinə görə, regionların iqtisadi inkişafı sürətlənib və ona görə də bu dotasiya idarəçiliyi prinsipindən imtina edərək, regionların öz hesabına yaşaması prinsipinə keçmək lazımdır. Ə. Əhmədov hökumətdən növbəti illərdə bunu nəzərə almağı xahiş edib.

Qaynar.info