
“Biz tam əminik ki, ölkə prezidentimiz işğal edilən torpaqlarımızla bağlı problemi də həll edəcək. Bizim xalq qonşuya nanakorluq edə bilməz. Bizə etimaddan danışan ATƏT-in Minsk Qrupuna üzv və həmsədrlər dövlətlərin nümayəndələri etimad sözünü bizə öyrətməsinlər. Azərbaycan xalqı tarixən qonşularla etimad şəraitində yaşayıb".
ANS PRESS-in məlumatına görə, bunu baş nazirin müavini, qaçqınların və məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov deyib.
O, ATƏT-in Minsk Qrupunun fəaliyyətini itirdiyini söyləyib. Nazir müavini onlara etimadı gedib ermənilərə öyrətməyi məsləhət görüb. "Onlar 3-4 ildən bir bir termin söz atırlar ortaya və ili baş vururlar. Biz onlara inanmırıq. Demək olar ki, ATƏT-in Minsk qrupu fəaliyyətini itirib".
Qaynar.info