Xəbər lenti

Əli Kərimlinin müavini Arif Hacılını debata çağırdı
Siyasət13:32 13.01.2014

Əli Kərimlinin müavini Arif Hacılını debata çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzVision.az-a açıqlamasında Rauf Arifoğlunun ona "Yeni Müsavat" qəzetinin redaksiyasında İkram İsrafillə debat təklifinə münasibət bildirib. O, vurğulayıb ki, "Əgər, Müsavat Partiyası məndən debat istəyirsə, o zaman Arif Hacılı ilə debata çıxa bilərəm".

Son günlər iki partiya arasında yaşanan gərginliyə gəlincə isə, sədr müavini bildirib ki, AXCP ilə Müsavat arasında heç bir gərginlik yoxdur: “AXCP-nin hədəfi Müsavat deyil. Çox təəssüf ki, bizim iradəmizdən asılı olmayaraq, Müsavat Partiyası demorkatik düşərgəni, o cümlədən, Milli Şuranı bölmək planlarında baş icraçı rolunu üzərinə götürüb. Bizim ayrıca Müsavat Partiyası adlı hədəfimiz yoxdur. AXCP dünən olduğu kimi, bu gün də mübarizə aparır”.


Qaynar.info