Xəbər lenti

Əliyar Ağayev Yunanıstan kubokuna təyinat aldı
İdman07:16 28.02.2023

Əliyar Ağayev Yunanıstan kubokuna təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan kubokunun oyununa təyinat alıb.
Qaynarinfo-nun məlumatına görə Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində martın 1-də keçiriləcək "Olimpiakos” – AEK oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.
Səbuhi Həsənov