Xəbər lenti

Əliyevlə Sarkisyanın Hamburqda görüşəcəyi məlum deyil - Ermənistan XİN
Siyasət14:05 27.11.2016

Əliyevlə Sarkisyanın Hamburqda görüşəcəyi məlum deyil - Ermənistan XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.
"Report" xəbər verir ki, bunu "Tert.am"a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib.
O, hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib: "Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa…".
Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb.
Qaynarinfo.Az