Xəbər lenti

Elmdə inqilab: Alimlər canlı dəri ilə örtülmüş robot barmaq düzəltdilər
Dünya08:53 13.06.2022

Elmdə inqilab: Alimlər canlı dəri ilə örtülmüş robot barmaq düzəltdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yapon alimləri canlı dəri ilə örtülmüş "bir az tərləyən” robot barmaq hazırlayıblar.
Qaynarinfo "The Guardian”a istinadla xəbər verir ki, bu barədə Tokio universitetinin professoru Şoji Takeuçi məlumat verib. 
Özünü sağalda bildiyi sübut edilən barmaq, canlı ət və texnika arasında təsirli bir mühəndislik əsəri hesab edilir. Lakin elm adamları insanların onun real anatomiyasını bəyənəcəyi və ya onu ürpərtici hesab edəcəyindən əmin deyil. 
"Dəri toxumasının robotun səthinə nə qədər uyğun olduğuna təəccüblənirik. Ancaq bu iş canlı dəri ilə örtülmüş robotların yaradılması istiqamətində yalnız ilk addımdır”,- işə rəhbərlik edən Tokio Universitetinin professoru Şoji Takeuçi deyib. 
Komanda iddia edir ki, daha realist humanoidlər müxtəlif rollarda, o cümlədən tibb bacısı və xidmət sənayesində insanlarla daha təbii şəkildə qarşılıqlı əlaqə qura biləcəklər.
"Düşünürəm ki, heyvanların bədənlərini əhatə edən materialla eyni olan canlı dəri robotlara canlıların görünüşünü və toxunuşunu vermək üçün mükəmməl həlldir”,- Takeuçi deyib və əlavə edib ki, bu cür irəliləyişlər "insanlar və robotlar arasında yeni əlaqələr yarada bilər”.
Barmağın dərisi təbii dəridən çox zəifdir və o qurumaması üçün nəm saxlanmalıdır. 
"Bu, fantastik texnoloji yenilik kimi görünür”,- Oksford Universitetinin nevroloqu professor Fabian Qrabenhorst deyib.
Komanda indi həssas neyronlar, saç follikulları, dırnaqlar və tər vəziləri kimi daha mürəkkəb funksional strukturları dəriyə daxil etməyi planlaşdırır. Onlar həmçinin dəri ilə örtülmüş robot üz üzərində işləyirlər.
Nurlan Hüseynov