Xəbər lenti

Elmin yeni qorxusu: Hər il yerə min ton plastik yağışlar yağır - Artıq bütün dünyaya
Dünya13:59 15.06.2020

Elmin yeni qorxusu: Hər il yerə min ton plastik yağışlar yağır - Artıq bütün dünyaya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əvvəllər turşu yağışından qorxurduqsa, indi elm adamları bizi plastik yağışların gözlədiyini bildirir. Üstəlik - onlar artıq planetimizin demək olar ki, bütün yerlərində yağırlar. 
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın bir neçə bölgəsində araşdırma aparan Yuta Universitetinin ekoloqları məlumat verib. Onların fikrincə, bəşəriyyət qlobal ekoloji fəlakətlə üzləşəcək. (esoreiter.ru)
Amerikalı tədqiqatçılar 14 aydır yağış sularının analizini aparıb və hər il 1000 tondan çox mikroplastikanın ABŞ-ın on bir ştatının təbiətini çirkləndirdiyini aşkar edib. Bu, 120 milyon plastik su şüşəsinə bərabərdir. Üstəlik, bu, ölkənin ərazisinin yalnız 6 faizini tutan qorunan ərazilərində baş verir. Qlobal miqyasda nə baş verdiyini təsəvvür edə bilirsinizsə, o zaman mənzərə daha da heyrətləndirici görünəcək.
Planet boyunca mikroplastikanın yayılması demək olar ki, ani baş verir və onlar Arktika və ya Fransız Pireneyləri kimi planetin ekoloji cəhətdən ən təmiz bölgələrində yağırlar.
Mikroplastik hissəciklər okeanlara daxil olaraq dərin dəniz ekosistemlərini məhv edir və sonra dəniz küləklərinin təsiri ilə yerə yayılırlar. Plastik hissəciklər plastik yağış şəklində düşür. Bu tip yağışlar gələcəkdə bəşəriyyət üçün əhəmiyyətli bir problemə çevriləcək. Bu vəziyyətdə ən qorxulu olanı 2030-cu ilə qədər plastik tullantıların həcminin ildə 460 milyon tona qədər artmasıdır. Eyni zamanda, bu növ məhsulun istehlakçılarının sayı narahatlıq doğuran dərəcədə artır. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrə aiddir.
Ekoloqlar mikroskopik plastikin ətraf mühitə, heyvanlar aləminə mənfi təsir etməsiylə bağlı xəbərdarlıq edirlər. Bundan əlavə, o, bəşəriyyətin qoruna bilməyəcəyi yeni növ mikrobların ortaya çıxmasına səbəb ola bilər.
Mikroplastik yox olmur, ancaq quruda, suda və havada müxtəlif sistemlər vasitəsilə daim dolaşır. Mikroskopik plastik nə qədər çox olarsa, insanlığı qarşılaşacağı problem daha ciddiləşir. Bununla belə, bu məsələ hələ də həll olunmamış qalır, çünki insanların həyatında çox şey bu materialla bağlıdır və bundan imtina etmək çox çətindir.
Alpər