Xəbər lenti

Elon Mask Putini “Clubhouse”a dəvət etdi: Bəs “Clubhouse” nədir?
Dünya10:06 15.02.2021

Elon Mask Putini “Clubhouse”a dəvət etdi: Bəs “Clubhouse” nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tesla və Space X-in baş icraçı direktoru Elon Mask Twitter-dəki yazısı ilə Rusiya Prezidenti Putini "Clubhouse”a dəvət edib. 
Qaynarinfo xəbər verir ki, Kremlin rəsmi hesabını da etiketləyərək "Clubhouse”da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?" – yazan Mask rusca bunları əlavə edib: "Sizinlə danışmaq mənim üçün şərəf olardı".
Analitik App Annie firmasına görə, "Clubhouse” 5 milyondan çox endirilib və San Fransiskodakı şirkətin 1500 istifadəçisi olduğu zaman 1 milyard dollar olan dəyəri bu yaxınlarda 100 milyon dollar yeni dəyər qazanıb.
2005-ci ildə cib telefonu olmadığını söyləyən və internetdəki mövzulardan narahatlığını dilə gətirən Putin sosial mediaya qarşı olması ilə tanınır və şəxsi həyatı ilə bağlı məlumatlar da çox məhduddur. Ancaq Elon Maskın dəvətinə Kremldən necə cavab veriləcəyi maraqla gözlənilir.
"Clubhouse” nədir?
"Clubhouse” bugünkü populyar Twitter, Facebook və Instagram sosial media tətbiqetmələrinin sırasına daxil olub. 2020-də Alpha Exploration Co. proqram şirkəti tərəfindən hazırlanmış "Clubhouse” tətbiqi istifadəçilərin söhbət otaqları vasitəsilə səslə qarşılıqlı əlaqə qurmasına imkan verir. Söhbət otaqlarının hamısının bir mövzusu olur. Söhbət otaqlarının qurucuları da moderator olur. Bir moderator söhbət otağındakı istifadəçilərə danışmaq izni verir. Danışmaq istəyən şəxs icazə istəyi göndərir. Tətbiq ondan saxta adlarla istifadə etməyinizə icazə vermir.
"Clubhouse”dan necə istifadə edilir?
Hələlik, əvvəlcə yalnız iOS istifadəçiləri üçün əlçatan olan tətbiqi cihazınıza yükləməlisiniz. İstifadəçi adı seçilib SMS yoluyla təsdiqlədikdən sonra "Clubhouse” hesabınızı gözləmə siyahısına salır. Üzvlüyünüzü gözləmə siyahısına girmədən tamamlamaq üçün proqrama üzv olan bir istifadəçidən dəvət almaq şərtdir. "Clubhouse”un Android cihazları üçün də hazırlanmaqda olduğu bildirilir.
"Clubhouse”a dəvət necə alınır?
- Fərdi dəvətlə,
- Digər sosial media platformaları vasitəsilə,
- Dəvətnamələr "Clubhouse” üzvlərindən alınır.
 
Alpər