"Çelsi" həm təmsil etdiyi ölkədə, eyni zamanda dünya səviyyəsində bütün kubokları qazanan klubardan biri olub.
Qaynarinfo xəbər verir ki, İngilis klubu bunu klublararası dünya çempionatının finalında Braziliya təmsilçisi "Plameyras"ı 2:1 hesabı ilə məğlub etdiyi matçdan sonra reallaşdırıb.
Bu qələbə ilə "Çelsi" muzeyinə Çempionlar Liqası, İngiltərə Premyer Liqası, Avropa Liqası, FA Kuboku, Liqa Kuboku, Kuboklar Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Kuboku ilə yanaşı "Community Shield"i də əlavə edərək seriyanı tamamlayıb. Bununla da İngilttərə nəhəngi ən yaxşı 5 klubdan biri olub.
Dünya futbolunun üç nəhəngi "Real", "Barselona" və "Milan" siyahıda yer almayıb. "Real" tarixi boyu Kuboklar Kubokunu qazanmayıb və turnir 1999-cu ildə bitdiyi üçün heç vaxt bu siyahıda yer almayacaq. "Milan" isə indiyə qədər UEFA Kuboku və ya indiki adı ilə Avropa Liqasını qazana bilməyib.
Cari mövsüm Çempionlar Liqasında qrupdan çıxa bilməyən və Avropa Liqasında mübarizə aparan "Barselona" sözügedən turniri çempion kimi başa vursa, siyahının 6-cı komandası olacaq.
Həm ölkələrində həm də dünya səviyyəsində bütün kubokları qazanan digər 4 klub "Bavariya" (Almaniya), "Yuventus" (İtaliya"), "Mançester Yunayted" (İngiltərə) və Niderland təmsilçisi "Ayaks"dır.
Səbuhi Həsənov