
İngiltərənin “Çelsi” klubu uzun müddətdir, transfer etmək istədiyi Diyeqo Kosta ilə razılığa gəlib.
Qaynar.info qafqazinfo-ya istinadən xəbər verir ki, “Atletiko” Madridin hücumçusu Diyeqo Kosta gələn mövsümdən etibarən “Çelsi” forması geyinəcək. “Çelsi” ispan klubuna Kosta üçün 32 milyon funt-sterlinq ödəyəcək.
Bu mövsüm “Atletiko”da olduqca uğurlu oyun nümayiş etdirən, 36 qol və 7 məhsuldar ötürmə verən, Kosta yeni mövsümdən etibarən Premyer Liqada oynayacaq. Futbolçu ilə klub arasında rəsmi müqavilənin isə iyun ayında imzalanacağı gözlənilir.
Qaynar.info