Elvis Preslinin yeganə qızı, müğənni Liza Mari Presli ürəyinin dayanması səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra Los-Anceles xəstəxanasında vəfat edib.
Qaynarinfo TMZ portalına istinadla
xəbər verir ki, yanvarın 13-nə keçən gecə 54 yaşlı Liza Mariya ürəyi dayandıqdan sonra xəstəxanaya yerləşdirilib. Portal mənbələrinin bildirdiyinə görə, o, reanimasiya şöbəsində, müvəqqəti ürək stimulyatoru olan həyati dəstək aparatına qoşulub, süni komaya salınıb.
Mənbələrin bildirdiyinə görə, ürək dayanmasından əvvəl Presli qarın ağrısından şikayət edib və bu ağrı getdikcə daha da şiddətlənib. Daha sonra xadiməsi müğənnini huşsuz vəziyyətdə tapıb. Onunla birlikdə yaşayan keçmiş əri Denni Keoq həkimlər gəlməmiş ona süni nəfəs verib. Portal yazır ki, müğənni ən azı bir dəfə adrenalin iynəsi vurub və nəbzi normallaşıb, bundan sonra onu ən yaxın xəstəxanaya çatdırıblar.
Musiqiçi Denni Keoq Preslinin ilk əri olub. Ondan boşandıqdan sonra müğənni daha üç dəfə - müğənni Maykl Cekson (1994 - 1996), aktyor Nikolas Keyc (2002) və musiqiçi və prodüser Maykl Lokvud (2006 - 2016) ilə evlənib.
Alpər