Xəbər lenti

Əməkdar artist: Ən yaxın rəfiqələrim sirlərimi saytlara ötürmüşdü
Maqazin 12:12 13.06.2026

Əməkdar artist: Ən yaxın rəfiqələrim sirlərimi saytlara ötürmüşdü

Əməkdar artist Nigar Şabanova dostları ilə bağlı qalmaqallı açıqlamalar verib.

Müğənni bu barədə "Öz aramızda" verilişində danışıb.

O bildirib ki, həyatının ən çətin dövrlərində etibar etdiyi insanlar tərəfindən xəyanətlə üzləşib:

"Mənim ən ağır günlərimdə sirlərimi açıb saytlara ötürürdülər. Həmin insanlar həm həmkarlarım, həm də ən yaxın dostlarım, rəfiqələrim idi. Vəziyyətimin pis olduğu vaxtlarda onların heç birini yanımda görmədim. O zaman öz-özümə dedim ki, illərimi boş yerə sərf etmişəm, yanlış insanlara dəyər vermişəm.
Çox şükür ki, bu gün sakit və rahat həyatım var. Həmin dostlar sonradan yenidən həyatıma qayıtmağa cəhd etdilər. Amma artıq bu, mümkün deyil. İndi onlardan xeyli irəlidəyəm".//Musavat.com 
--> -->