Xəbər lenti

Əməkdar artist qardaşı oğlunu axtarır: "DNA testi tələb edəcəm"
Ölkə08:20 22.04.2020

Əməkdar artist qardaşı oğlunu axtarır: "DNA testi tələb edəcəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Nahidə Orucova 23 ildir görmədiyi qardaşı oğlunu axtarır.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, aktrisa bunun üçün "Səni axtarıram" verilişinə müraciət edib. O bildirib ki, qardaşı qətlə yetiriləndən sonra  gəlinin uşağı onlara göstərmədiyini deyib:
"Qardaşım öləndən sonra qız tamam kənara çəkildi, heç elə bil bunun əri ölməyib, soyuqqanlı davrandı. Ortaya düşən mən və bacım idi. Uşağı da gedib görürdük. Amma uşağın 2 yaşı olanda dedi ki, sizdən kömək istəmirəm. Yaşadıqları evi dəyişdilər, anası oğlanı göstərmədi bizə. Sonra onları axtardım, amma tapa bilmədim.
Məsələni ictimailəşdirmək istəmirdim. Uşaq da bizi axtarmadı. Təəccüblüdür ki, heç istəməyib doğmalarını tapmağa? Artıq aramızda doğmalığın olub-olmaması da şübhəlidir.
Hətta mən uşağın qardaşım oğlu olduğundan şübhələnirəm. Ona görə də tapsam, uşaqdan DNA analizi tələb edəcəm.
Qardaşım öldürüləndə arvadı maraqlanmadı. Məhkəmə prosesində iştirak etmədi, elə bil onun əri ölməyib. Ona görə də mənim içimdə gəlinlə bağlı şübhələr yarandı".