Xəbər lenti

Emin Əminənin fotosunu paylaşdı - FOTO
Maqazin20:50 25.04.2016

Emin Əminənin fotosunu paylaşdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni şəkli rəsmi "İstagram" hesabında paylaşıb.

Rusiyada yaşayan azərbaycanlı müğənni, iş adamı Emin Ağalarov “İnstagram”da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminə ilə yeni fotosunu paylaşıb.

ANS PRESS-in məlumatına görə, Emin Ağalarov paylaşdığı fotonun altında  “With a Princess!” (Princessa ilə) yazıb. Aprelin ilk günlərində Emin Ağalarov “İnstagram”da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladları ilə birlikdə şəklini paylaşıb. Ağalarov paylaşdığı fotonun altında yazdığı şərhdə Leyla Əliyevaya təşəkkür edib.

"Dostluğuna, düşüncəli olmağına, dəstəyinə və balaca möcüzə oğlanlara görə sənə təşəkkür edirəm Leyla", - Emin şərhdə yazıb.

Leyla Əliyeva bir neçə dəfə övladlığa götürdüyü qızın fotosunu paylaşıb. Sonuncu dəfə keçən il "İnstagram" səhifəsində paylaşılan fotoda Əliyeva əkiz oğlanları Əli və Mİkayılla yanaşı övladlığa götürdüyü valideyn himayəsindən məhrum olan Əminə gəzinti zamanı əks olunub. Şəkildə Leyla Əliyevanın əlindən tutan uşaqlar bağda gəzir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın Əminə adlı qızı övladlığa götürdüyünü açıqlamışdı:

"Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".

Leyla

Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş uşaqların əhatəsində