Xəbər lenti

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi
Siyasət14:02 16.02.2023

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Qaynarinfo xəbər verir ki, o, bunu tviter səhifəsində yazıb.
"Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusən də axtarış-xilasetmə qrupları göndərdiyinə görə Azərbaycana və əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”, - paylaşımda qeyd edilib.