Xəbər lenti

Eminin Ağalarovun Bakıdakı tikdirdiyi möhtəşəm villadan FOTOLAR
Maqazin12:20 26.11.2014

Eminin Ağalarovun Bakıdakı tikdirdiyi möhtəşəm villadan FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Emin Ağalarov oğlanları üçün Xəzərin sahilində saray inşa etdirib. 
Qaynar.info Rusiya KİV-nə istinbadən xəbər verir ki, hər istrahət günləri Moskvadan Bakıya oğlanları Əli və  Mikayılı görmək üçün gələn müğənni uşaqları ilə daha rahat vaxt keçirmək üçün həmin sarayı tikdirdiyini deyir:
“Bizim ev, bir deyil, iki binadır və onlar güzgü kimi bir-birilərini təkrarlayır. Biz atamla bu layihəni Leylanın hamilə olduğunu  biləndə düşündük. Zamanla bu evlərin biri Əliyə, digəri Mikayıla qalacaq”
Ağalarov hər həftə oğlanlarıyla vaxt keçirmək üçün saraya gəldiyini deyir: “Əvvəl onlar həyat yoldaşımla Londonda yaşayırdılar, lakin bu il məktəbə getdilər və doğma şəhərim Bakıda məskunlaşdılar”.
Qaynar.info