Xəbər lenti

Əmisini itlərə yedirtdi - ŞOK
Dünya17:48 03.01.2014

Əmisini itlərə yedirtdi - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Öz əmisini edam etdirən Şimali Koreya prezidenti Kim Çen Linın edamı necə reallaşdırdığı barədə indiyədək müxtəlif versiyalar irəli sürülüb 

Teleqraf.com-un məlumatına görə, Çin mediası daha qorxunc təfərrüatlar ortaya çıxarıb.

İddiaya görə, Şimali Koreya lideri öz əmisi Çan Son Txeki beş köməkçisi ilə birlikdə “quan-jue” deyilən qan donduran üsulla qətlə yetirib. “Quan-jue” ifadəsi “itlərə yem” mənasını verir. Kim Çen Inın əmisi 5 köməkçisi ilə birgə 3 gün ac saxlanılıb. Şimali Koreya lideri 300 işçisi ilə birlikdə lüm-lüt soyundurulan 6 nəfərin 120 it tərəfindən parçalanmasına tamaşa edib.

Qeyd edək ki, edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. O, dekabrın 9-da istefaya göndərilib. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb. 

Qaynar.info