Xəbər lenti

Əmlak şirkətindən karantin kampaniyası: "Boşanmayın, ayrı evə çıxın!"
Dünya10:45 16.04.2020

Əmlak şirkətindən karantin kampaniyası: "Boşanmayın, ayrı evə çıxın!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çində 76 gün davam edən karantindən sonra boşanma sayının artması ilə bağlı yayılan xəbərlərin ardından Yaponiyada bir əmlak şirkəti böhranı fürsətə çevirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qısa müddətli əmlak kirayəsi ilə məşğul olan Kasoku şirkəti bir-birlərindən bezən cütlüklərlə bağlı kampaniyaya start verib. Onların boşanmaq yerinə bir müddət ayrı qalmağa ehtiyacı olduğunu təlqin edən şirkət əlindəki boş mənilləri kirayələməyə başlayıb.