Xəbər lenti

Emmanuel Makron sillələndi (VİDEO)
Dünya13:34 08.06.2021

Emmanuel Makron sillələndi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.
"Report” "RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.
Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər.
Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib.
Hadisəyə görə iki nəfər saxlanılıb.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=955" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">