Xəbər lenti

Çempionlar Liqasında püşkatma sistemi dəyişdi
İdman17:41 09.10.2014

Çempionlar Liqasında püşkatma sistemi dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA Çempionlar Liqasında püşkatma sisteminin dəyişdiyini açıqlayıb. Qaynar.info Modern.az-a istinadən xəbər verir ki, dəyişikliyə görə, növbəti mövsümdən etibarən Çempionlar Liqasında 1-ci torbada kuboku qazanan komanda və öz liqasında çempion olan 7 komanda da iştirak edəcək. Ölkə sıralamasında ilk 7 sırada olan liqaların çempionları ilə birlikdə əvvəlki mövsümün çempionu (əgər asılı olduğu federasiya ilk 7 sırada isə, 8-ci sıradakı ölkə) 1-ci torbada yer alacaq.

Qalan torbalar isə köhnə sistemlə toplanan xallarla müəyyən olunacaq.

Qaynar.info