Xəbər lenti

Ən bahalı futbolçusu "Qarabağ"dan gedir? (AÇIQLAMA)
İdman06:53 29.11.2017

Ən bahalı futbolçusu "Qarabağ"dan gedir? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən futbol oynamaq istəyirəm. Əgər "Qarabağ” məni istəyirsə, qalacam". 
Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike deyib.
Braziliyalı futbolçu müqavilə ilə PAOK-a məxsusdu və "Qarabağ"da icarə əsasında çıxış edir. Onun qış fasiləsində Yunanıstaq klubuna dönəcəyi bildirilir.
"Qaradağ Lökbatan"la kubok oyunundan sonra açıqlama verən Pedro "Qarabağ"dakı gələcəyindən danışıb, O, "Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən" sualına belə cavab verib: 
"Bir az qəliz məsələdi. Mən qarışmaq istəmirəm. Bunu PAOK və "Qarabağ” öz aralarında həll etməlidilər".
Qeyd edək ki, Pedro "Qarabağ"ın heyətindəki ən bahalı futbolçu hesab olunur. "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.
Aydın