"British Janus Henderson Investors" analitiklərinin hesablamalarına görə, dünyanın ən böyük şirkətləri 2023-cü ilin sonuna qədər səhmdarlara rekord məbləğdə - 1,66 trilyon dollar dividend ödəyiblər.
Qaynarinfo xəbər verir ki, ümumilikdə araşdırmada nəticələri nəzərə alınan 1200 şirkətin 86%-i ötən il dividendlərini ya artırıb, ya da dəyişməz qalıb. 12 ay ərzində ödənişlərin ümumi həcmi 5% artıb.
Ötən il 22 ölkədə rekord dividendlər qeydə alınıb. Onların arasında ABŞ, Kanada, Meksika, Almaniya, Fransa, İtaliya və İndoneziya var.
"2023-cü ildə qlobal iqtisadiyyatla bağlı bədbinliyin əsassız olduğu sübuta yetirildi. Əksər sektorlardakı şirkətlərdən pul axını güclü olaraq qalır və dividendlər və səhmlərin geri alınması üçün kifayət qədər güc təmin edir", "Janus Henderson" qlobal səhmlərinin rəhbəri Ben Lofthaus bildirib.
Proqnozlara görə, 2024-cü ildə dünyanın ən böyük şirkətlərinin qiymətli kağızlarının sahibləri 1,72 trilyon dollar dividend (+3,9%) alacaqlar.
Aydın