Xəbər lenti

“Ən böyük səhvim...” - Obamadan etiraf
Dünya07:09 11.04.2016

“Ən böyük səhvim...” - Obamadan etiraf

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvi etiraf edib.

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, FOX telekanalına müsahibəsində Obama ən böyük səhvi kimi 2011-ci ildə Liviya lideri Müammar Qəddafinin devrilməsindən sonrakı dövr üçün heç bir plan qurmamasını göstərib: “Liviyaya müdaxilədən sonra daha çox şey edə bilərdik”.

Prezidentliyi dövründə əldə etdiyi ən böyük uğur kim isə Obama 2008-ci ildə ölkəsini iqtisadi böhrandan çıxarmaq olduğunu göstərib.

Prezidentliyinin ən gözəl günü isə “Obamacare” adlanan səhiyyə islahatlarını qəbul etdiyi gün olub. Dövlət başçısı ən pis gün kimi 2012-ci ildə orta məktəblərdən birində baş verən qətliamdan sonra həmin bölgəyə etdiyi səfəri göstərib.

Qaynar.info