Xəbər lenti

Ən çox axtarılan terrorçu öldü
Dünya15:47 04.01.2014

Ən çox axtarılan terrorçu öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Əl-Qaidə" ilə əməkdaşlıq edən "Abdulla Əzzəmin briqadası" qruplaşmasının başçısı Livandakı hospitalda ölüb. 

Milli.Az bildirir ki, bu barədə İnterfax xəbər verir. Məcid əl-Məcid böyrək çatışmazlığından ölüb. "Briqada"nın komandiri Səudiyyə Ərəbistanının ən çox axtarılan terrorçusu idi və ötən ilin dekabrında Livanda həbs edilmişdi. 

"Abdulla Əzzəmin briqadası" bir çox Yaxın Şərq ölkələrindəki terror aktlarına görə məsuliyyəti boynuna götürüb. Beyrutdakı İran səfirliyinə də məhz onlar hücum etmişdilər. Həmin hadisə zamanı 23 nəfər ölmüşdü. 

Qaynar.info