Xəbər lenti

Ən hörmətli kişi...
Dünya17:21 31.12.2013

Ən hörmətli kişi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti dünyada “ən çox hörmət edilən kişi” nominasiyasını qazanıb. “Ən çox hörmət edilən qadın” isə Hillari Klinton olub. 

Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Qellap Xidməti yayıb. Barak Obamanın bu nominasiyada 6-cı ildir ki, liderlik etməsinə baxmayaraq sorğu nəticəsində məlum olub ki, onun reytinqi 2012-ci ilə nisbətən 30 faizdən 16 faizə düşüb. 

Hillari Klinton da bu nominasiyanı artıq 12-ci ildir ki, özündə saxlaya bilib. Kişilər arasında 2-ci yer ABŞ-ın eks prezidenti Corc Buşa (oğul) və Roma Papası Fransiskə verilib. 3-cü yer isə eks prezident Bill Klintona qismət olub. Qadınlarda isə 2-ci yer ABŞ-ın məşhur teleaparıcısı Opra Uinfriyə verilib. Dünyanın “ən hörmətli qadını” nominasiyasının 3-cü qalıbı ABŞ-ın 1-ci ledisi Mişel Obama olub. 

Xatırladaq ki, sorğu 1000 nəfərə yaxın ABŞ vətəndaşı arasında keçirilib.

Qaynar.info