
Siz filmlərdəki sevgi səhnələrinə baxıb, romantikaya qapılırsınız. Amma bəzən o səhnələrin çəkilişi zamanı kamera qarşısına keçən və həmkarları ilə öpüşməkdən zövq ala bilməyən aktyorlar əsl cəhənnəm əzabı yaşayır.
Qaynar.info 1937.az-a istinadən bildirir ki, “Daily mail” həmkarlarının təəssüratlarına əsasən, “Hollivudun ən pis öpüşən” ulduzlarını seçib.
Tom Kruzun “Yerinə yetirilməyən missiya” filmindəki tərəf müqabili Tendi Nyuton ulduz aktyorla öpüşmə səhnəsindən zövq almayıb. Nyuton Tom Kruzun öpüşlərini “yaş” adlandırıb.
“Harry Potter”in ulduzu Daniel Redklif həmkarı Emma Vatsonun öpüşlərini bəyənməyib. “Emma çox zərifdir və öpüşünün də zərif olacağını dünüşürdüm. Amma şikayət etməyim, mənim yerimdə olmaq istəyən minlərlə gənc oğlan var”,deyə aktyor bildirib.
Helen Mirrenin sözlərinə inansaq, Harrison Ford kamera qarşısında qətiyyən öpüşə bilmir. Mirren deyir ki, deyəsən bu onunla bağlı problem deyil, Ford elə həyatda da öpüşməkdən çəkinir.
“Ceyson Seqal qətiyyən öpüşməyi bacarmır”. Bunu aktyorun tərəf müqabili Alison Hanniqan deyib. Aktrisanın sözlərinə görə, Seqal öpüşmə səhnələrinin çəkilişi zamanı ümumiyyətlə kamera qarşısına keçmək istəməyib.
Anjelina Coli dünyanın ən gözəl qadınlarından biridir və bəlkə də milyonlarla kişi onunla öpüşmək üçün hər şeyi qurban verməyə hazırdır. Ceyms Makavoy bu siyahıda istisnadır. “Xüsusilə təhlükəli” filmində Coliylə tərəf müqabili olan aktyor Hollivud ulduzunun öpüşlərini heç bəyənməyib.
Pərəstişkarları hirslənəcək, amma Di Kaprioyla öpüşmək heç də romantik deyilmiş. Bunu da jurnalistlərə həmkarı Virciniya Ledoyen deyib.
“Çimərlik” filmində məşhur aktyorla kamera qarşısına keçən Ledoyenin sözlərinə görə, Leonardo bərbad öpüşür. “Məncə, Di Kaprio çox yaxşı oğlandır, amma onunla sevgili olmaq istəməzdim”,deyə aktrisa söyləyib.
Kira Naytlinin fikrincə, Orlando Blum öpüşməyi bacarmır. Cazibədar aktrisa Conni Deppin bu məsələdə daha peşəkar olduğunu düşünür. “Qərib dənizinin quldurları” filminin ekranlara çıxdığı günlərdə Naytli mətbuata açıqlamasında “Conni Depp çox yaxşı öpüşür” demişdi.
Son dövrlərin ən yaraşıqlı aktyorlarından biri Robert Pattinson sevgi səhnələrinə çəkilməyə nifrət edir. Çünki özünü açıq-saçıq və öpüşmə səhnələrində qətiyyən istedadlı hesab etmir. Amma “Əziz dost” filmindəki tərəf müqabili Kristina Riççi isə tamam əksini düşünür. Aktrisanın sözlərinə görə, Pattinson çox gözəl öpüşür.
Qaynar.info








