Dünyanın 24 ölkəsində gənclər arasında sorğu keçirilib.
Meksikada yaşayan gənclər özlərini dünyanın ən xoşbəxt gəncləri hesab edirlər. Anspress-in məlumatına görə, ictimai sorğu ilə beş qitədə araşdırmalar aparılıb. Sorğuda 24 ölkədən 9-30 yaş arası minlərlə insan iştirak edib.
Nəticəyə görə, Meksikada yaşayan gənclərin 93%-i özlərini xoşbəxt hiss ediblər. İkinci pillədə 87%-lə Argentina gəlir. Üçlüyü daha bir Latın Amerikası ölkəsi qapadır - 84 % və Braziliya.
Gənc meksikalılar üçün xoşbəxtliyin mənası ailə bağları, nikbinlik, bölgənin inkişafı və rifahı, həyatda uğurlu olmasıdır. Mütəxəssisləri təəcübləndirən məqam isə gənclərin ailəyə verdiyi önəmdir. Çünki bir neçə il öncə latın amerikalı gənclər ailəyə dırnaqarası baxırdılar.
Qaynar.info