Dünya 18:26 26.02.2023

"Ən yaxşısına ümid edin və ən pisinə hazır olun" - Çexiyanın yeni prezidenti

"Avropa Kiyevin qələbəsi ümid etməklə yanaşı, daha uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə hazır olmalıdır".

Qaynarinfo xəbər verir ki, bunu Çexiya prezidenti və keçmiş NATO generalı Peter Pavel Suspilne.media-ya müsahibəsində deyib.

"Biz ən yaxşısına ümid etməliyik. Amma ən pis senarilərə də hazır olmalıyıq. Müharibənin bu il bitməyə və ya dondurulmuş münaqişəyə çevrilməyə biləcəyini etiraf etmək vacibdir. Biz buna hazır olmalıyıq", deyə Peter Pavel bildirib.

Prezident qeyd edib ki, Ukraynanı müdafiə etmək və qaləbə qazanmasına dəstək olmaq üçün lazım olan hər şeyi - hərbi texnika və maliyyə yardımı verilməlidir.

"Biz həmçinin Ukraynaya uzunmüddətli dəstəyə hazırlaşmalıyıq və eyni zamanda bunu vətəndaşlarımıza izah edə bilməliyik", deyə Çexiya prezidenti vurğulayıb.

Keçmiş NATO generalı əlavə edib ki, Qərbin Ukraynaya yardımına cavab olaraq Kremldən kəskin ritorika gözləyir, çünki bu, onun doktrinasında nəzərdə tutulub:

"NATO-nun qətiyyətli yanaşması və beynəlxalq hüququ pozmadığımızı göstərməliyik".

Qeyd edək ki, istefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel bu ilin 23 yanvarında Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

Aydın