Xəbər lenti

Şengen zonasının tamhüquqlu üzvləri oldular
Dünya22:50 01.01.2025

Şengen zonasının tamhüquqlu üzvləri oldular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bolqarıstan və Rumıniya bu gündən etibarən Şengen zonasının tamhüquqlu üzvləri olub.

Qaynarinfo xəbər verir ki, yanvarın 1-dən həmin ölkələrin Şengen razılaşmasının digər üzvləri ilə quru sərhədlərində yoxlanışlar ləğv edilib. 

Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirləri sözügedən məsələ barədə qərarı təqribən 3 həftə əvvəl vermişdilər. Bu zaman Avstriya qərara qoyduğu vetonu geri götürmüşdü. 

Onu da xatırladaq ki, 2023-cü ilin sonunda Avropa İttifaqında hər iki ölkənin Şengen zonasına qismən daxil olması ilə bağlı konsensus əldə olunub. Bu isə hava limanı və dəniz limanlarında yoxlamaların ləğvini nəzərdə tuturdu. Qərar 2024-cü il martın 30-da qüvvəyə minib.