
“Balyoz işi” üzrə şübhəlilərdən MHP-millət vəkili Engin Alan Sincan həbsxanasından azadlığa buraxılıb.
Musavat.com “Doğan” agentliyinə istinadən xəbər verir ki, həbsdən çıxan Engin Alan Konstitusiya Məhkəməsinin qərarını dəyərləndirib. Onun sözlərinə görə, məhkəmə yerlərdə sürünən Türkiyə ədalət mühakiməsinin etibarını Türk millətinə qaytarıb.
“Bu günə qədər heç nə yox sayıla bilməz. Əgər yox saysaq, həyatını, sağlamlığını itirmiş dostlarımıza xəyanət olar. Bu alçaqlığı edən nə qədər namussuz varsa, vicdanlı hakimlərin önündə hesab verənə qədər mücadilə davam edəcək”, - Engin Alan deyib.
Qaynar.info