Xəbər lenti

Entoni Pesenti: “Gənclərin Covid-19-a asanlıqla dözməsi söhbəti mifdir”
Dünya14:37 21.03.2020

Entoni Pesenti: “Gənclərin Covid-19-a asanlıqla dözməsi söhbəti mifdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənclərin yeni koronavirus infeksiyasına asanlıqla dözdüyü iddiaları həqiqətə uyğun deyil. 
Qaynarinfo xəbər verir ki, bunu "Lombardiya” klinikasının reanimasiya şöbəsinin müdiri Entoni Pesenti deyib.
Sky News-a görə, şöbədəki ağır xəstələrin təxminən yarısı 65 yaşın altındadır. Bundan əvvəl bir sıra mütəxəssislər COVID-19-un yalnız bu yaşdan yuxarı olanlar üçün təhlükəli olduğunu iddia ediblər.
Ancaq Pesenti iddia edir ki, şöbədə 20-30 yaşlarında xeyli xəstə var. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Şöbə müdiri əlavə edib ki, gənclər daha çox "sağlam" olmağa meylli olduqları üçün sağ qalırlar.
Nəşrin məlumatına görə, İtaliyada koronavirus xəstələrinin təxminən 25 faizi 19-50 yaş arasındadır. Ümumilikdə, rəsmi məlumatlara görə, Apenninlərdə COViD-19-ə yoluxan 28 min xəstə var.