Xəbər lenti

Ər-Riyad Vaşinqtonla neft hasilatının artırılmasını müzakirə edəcək
Dünya 12:10 08.10.2023

Ər-Riyad Vaşinqtonla neft hasilatının artırılmasını müzakirə edəcək

Səudiyyə Ərəbistanı karbohidrogen qiymətlərinin yüksək qalacağı təqdirdə neft hasilatını artırmağa başlaya bilər. Krallıq bu barədə ABŞ-ı xəbərdar edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, Ər-Riyadın bu addımı Konqresdən sazişə dəstək almaq məqsədi daşıyır. Müqaviləyə əsasən, Səudiyyə Ərəbistanının İsraili tanıması və ABŞ ilə müdafiə sazişini bərpa etməsi gözlənilir.

Amerika hakimiyyətinin nümayəndələri, o cümlədən Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokstin artıq Səudiyyə Ərəbistanına səfər edib. Amerika tərəfi kral hakimiyyətinə yanacağın bahalaşması ilə bağlı vəziyyətin Vaşinqtonun Ər-Riyada dəstəyinə mənfi təsir edəcəyini göstərib.

Səudiyyə rəsmiləri izah ediblər ki, onlar neft hasilatının həcmi məsələsini bazarın hazırkı vəziyyəti ilə əsaslandırmaq niyyətindədirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->